İlon Mask Çili səhralarında litium axtarışına çıxıb

İlon Mask Çili səhralarında litium axtarışına çıxıb

İlon Mask elektriklə işləyən avtomobillərin batareyaları üçün vacib olan litium maddəsini tapmaq üçün dünyanın dörd bir tərəfinə "ova" çıxıb.

Mask, Çili şirkəti ilə şərik olub səhrada litium axtaracaq.

Çili İnkişaf Agentliyinin xəbərinə əsasən, İlon Mask ölkəyə litium sərmayəsi qoymağa hazırlaşır. Mask "SQM" adlı mədən sənaye şirkəti ilə maraqlanıb. Elektriklə işləyən avtomobillərin batareyalarında istifadə edilən litium kifayət qədər dəyərli maddədir.

Çili İnkişaf Agentliyi sədrinin müavini Eduardo Bitran məsələ ilə bağlı açıqlama verib: "Qlobal mənada elektriklə işləyən avtomobil istehsalında lider olmaq istəyənlər üçün Çili böyük önəmə sahibdir".Olke.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az