Azərbaycanın nağd valyuta bazarında ABŞ dollarının satış məzənnəsi 1,70 manatdan aşağı düşüb.
Əmrahbank ASC-nin filiallarında dolların satış məzənnəsi 1,6995 AZN/USD-yə kimi geriləyib. Qeyd edək ki, yay aylarından etibarən Azərbaycanın nağd valyuta bazarında dollar 1,70 manatadan baha satılıb.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Mərkəzi Bankla (AMB) bu həftə keçirdiyi növbəti valyuta hərraclarında hazırda 1,7001 AZN/USD olan rəsmi məzənnənin geriləyə biləcəyi bildirilir. Dolların məzənnəsinin azalmasına səbəb kimi qlobal bazarda dolların ucuzlaşması və neft qiymətlərinin yüksəlməsi amilləri göstərilir.
Nağd valyuta bazarında dolların məzənnəsinin 1,63-1,65 AZN/USD, rəsmi məzənnənin isə 1,67 AZN/USD səviyyəsinə qədər geriləyə biləcəyi ehtimal edilir. Lakin ilin sonuna doğru dolların məzənnəsində yenidən artım baş tutacağı istisna edilmir.(Report )
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































