Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Bayılda qeydə alınan sürüşmə ilə bağlı danışarkən deyib ki, tikinti zamanı normalara əməl olunmur:
"Azərbaycan Prezidenti İlham Əliyevin də sərəncamı var ki, sürüşmə sahələrində evlər, hər hansı tikili inşa edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmalıdır. Ancaq buna məhəl qoyulmur. Bizdən heç soruşan da yoxdur ki, burada ev tikmək olar, ya olmaz".
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, icazəsiz hər hansı tikinti getmir:
"Baxır evlər neçə mərtəbəlidir: bir, iki, üç, doqquzmərtəbəli və s. Bayıl ətrafında tikilən evlərin hamısı birmərtəbəlidir. Deyilənə görə, əksəriyyətində məcburi köçkünlər məskunlaşıb. Digər tərəfdən, bu evlərin hamısı tikiləndə razılıq verilib. Azərbaycanda heç kim icazəsiz daşı daş üstünə qoya bilməz. Ola bilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin rəyi olmayıb. Amma yerli İcra Hakimiyyəti orqanlarının, Bakı Şəhəri İcra Hakimiyyətinin xəbərinin olmaması mümkün deyil. Həyətdə daşı daş üstə qoymamış 10 dəqiqə sonra sahə müvəkkili gəlib vətəndaşın başının üstünü kəsdirir. Ona görə də bunların hamısı utopiyadır".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































