Sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədilə Azərbaycan Energetika Nazirliyi tərəfindən müvafiq icazələr fevralın 1-dən "ASAN xidmət" mərkəzləri vasitəsilə veriləcək.
Energetika Nazirliyindən Strateq.az-a verilən məlumata görə, bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, müvafiq qanunvericiliyə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.
Azərbaycan energetika nazirinin 23 yanvar 2018-ci il tarixli əmrinə əsasən, Energetika Nazirliyi tərəfindən icazələrin "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinin təşkili, bu prosesin "Lisenziyalar və icazələr" portalı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə əlaqədar bir sıra tədbirlər müəyyənləşdirilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































