AMEA-nın işığı “Azərişıq” ASC tərəfindən kəsilib

AMEA-nın işığı “Azərişıq” ASC tərəfindən kəsilib

Bu gün Bakıda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının elektrik enerjisi kəsilib.

"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın "Azərişıq" ASC-yə milyon manata yaxın borcunun olması göstərilir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə hazırda Fransada səfərdə olduğu üçün binaya elektrik enerjisinin verilməsi ilə bağlı danışıqlar onun müavini tərəfindən aparılır.

Faktın doğruluğunu AMEA-dan "Ölkə.Az"-a təsdiq ediblər.

Adının çəkilməsini istəməyən mənbə bildirib ki, AMEA-nın yaranma günündə elektrik enerjisi yaranan borca görə kəsilib.

Qeyd edək ki, bu gün həm də AMEA-nın yaranma günüdür. 1945-ci il yanvarın 23-də AMEA yaradılıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az