2018-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 38 min 481 nəfər olub, onların 36,3 faizini qadınlar təşkil edib.Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, rəsmi işsiz statusu verilən şəxslərin sayı son bir il ərzində 16,7% və ya 5 min 509 nəfər artıb. İl ərzində işsizlik müavinətinin orta məbləği 291,2 manat olub və 2016-cı illə müqayisədə 13,4% və ya 34,6 manat artım olub. İşsizlik müavinəti alanların sayı isə son bir il ərzində 3,7 dəfə və ya 5 min 117 nəfər artıb.
Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 18 min 926 nəfəri Bakı şəhərinin payına düşüb və son bir il ərzində 4000 nəfər artıb. Bu isə o deməkdir ki, ötən il ərzində işsiz statusu alanların 72,6%-i Bakının payına düşüb. Bakı şəhərindən sonra ən çox işsiz Bərdə, Mingəçevir, Sumqayıt, Gəncə şəhərlərində, Kəlbəcər və Ağdam rayonunda qeydə alınıb. Bərdədə işsiz statusuna malik şəxslərin sayı 1387, Mingəçevirdə 1433, Sumqayıtda 1287, Gəncədə 819, Kəlbəcərdə 907, Ağdamda isə 756 nəfər olub. İşsiz statusuna malik insanların ən az olduğu rayonlar arasında isə ilk yerlərdə Daşkəsən, Füzuli, Xocalı, Xocavand, Şuşa və Naftalan rayonları dayanır. Açıqlanan rəsmi məlumata görə, Daşkəsəndə 6, Füzulidə 15, Xocalıda 33, Xocavanddə 48, Şuşada 57, Naftalanda isə qeydiyyatdan keçən 62 işsiz insan var. Azərbaycanda işsiz statusuna malik insanların yaşamadığı rayonlar arasında isə Naxçıvan Muxtar Respublikasına daxil olan rayonlar yer alır. Muxtar Respublikaya daxil olan Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında bir nəfər də olsun işsiz statusuna malik insan yoxdur.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































