Mənsimovun SOCAR-a külli miqdarda borcu var

Mənsimovun SOCAR-a külli miqdarda borcu var

SOCAR İstanbulda mənzillənmiş neft daşımaları şirkəti "Palmali" ilə çəkişmələrə dair yeni açıqlama ilə çıxış edib.

Virtualaz.org xəbər verir ki, SOCAR "Palmali" ilə bundan əvvəl heç bir ortaq şirkət qurmadıqlarını və nefti hazırda "öz resursları ilə daşıdığını" bildirir. Ancaq "Palmali"nin SOCAR-a nəhəng borcunun olması təsdiqlənir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə mənbələrində yer alan xəbərlərə görə SOCAR "Palmali"nin ona olan borclarının bir qisminin əvəzində bu şirkətin 14 tankerini müsadirə etdiyi, habelə Türkiyədəki bir sıra iri turizm aktivlərinə sahibləndiyi bildirilirdi. Habelə vurğulanırdı ki, Mübariz Mənsimov aktivlərinin əlindən çıxması ilə barışmaq istəmir və SOCAR-ın əleyhinə beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırmaqla hədələyir. Lakin bu hədələrdən sonra tərəflər arasında münasibətlər birdəfəlik korlanıb və "Palmali"nin tankerlərinin SOCAR-a aid terminallara yan almasına qadağa qoyulub.

Mübariz Mənsimov bu qadağanın olduğunu təsdiq edib, habelə bildirib ki, tankerlər "Palmali" ilə SOCAR-ın birgə qurduğu ortaq şirkətdən çıxması nəticəsində müvafiq pay qarşılığında ikinci tərəfin mülkiyyətinə keçib.

Lakin SOCAR bu ortaqlığı təkzib edir və bildirir: "Tərəflər arasında heç vaxt birgə müəssisə (ortaq şirkət) mövcud olmayıb. SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınıb. Bu gəmilər əvvəllər "Palmali" Qrupuna məxsus olub, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılıb".

Şirkət bildirir ki, "Palmali" Qrupunun hazırda SOCAR-a külli miqdarda borcu var. "Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlib və bu hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik"-SOCAR bildirir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az