2017-ci ilin dekabr ayında torpaq və kommersiya obyektləri bazarında qiymətlərdə artım müşahidə edilib.
Mediainfo.az-ın verdiyi məlumata görə, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
O qeyd edib ki, dekabr ayında torpaq bazarında qiymətlərdə 1.84 faiz, kommersiya obyektləri bazarında isə 0.75 faiz artım qeydə alınıb. Lakin illik müqayisədə qiymətlərdə azalma müşahidə olunub.
Ekspertin sözlərinə görə, il ərzində torpaq bazarında qiymətlərdə 1.65 faiz, kommersiya obyektləri bazarında 20.29 faiz azalma müşahidə olunub.
N.İbrahimov vurğulayıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub.
Ekspert qeyd edib ki, dekabr ayında qiymətlərdə artım ilin sona çatması ilə əlaqədardır. Onun sözlərinə görə, insanlar öz işlərini il başa çatana qədər yekunlaşdırmaq istəyir və ona görə də bazarda müəyyən aktivlik yaranır ki, bu da öz növbəsində qiymətlərin artmasına səbəb olur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































