Ərəblər Bakıda otel alverinə girişiblər

Ərəblər Bakıda otel alverinə girişiblər

Ərəb investorları Bakıda daşınmaz əmlak obyektlərini satın almağa başladılar.

Azərbaycan Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, Bakıda daşınmaz əmlak obyektləri, xüsusilə, yeni bina və otellərlə maraqlanan ərəblərin sayı artıb. Ərəblər hətta paytaxtda otel inşaatı şərtləri ilə maraqlanırlar.

"Müraciətlərlərin əksəriyyəti Qətər, İraq vətəndaşları tərəfindən daxil olur, çünki həmin ölkələrdən gələn turistlərin sayı son vaxtlar artıb. Bakını seçdikləri üçün buradan otellər alaraq öz turistlərinə özləri xidmət göstərmək istəyirlər. Adətən ərəblər getdikləri yerlərdə öz mətbəxlərinin olmasını istəyirlər. Bu da əsas səbəblərdən biridir", - V.Axundov belə deyib.

Onun sözlərinə görə, ərəblər daha çox şəhərin mərkəzi hissələrində olan tikililərlə maraqlanırlar. Bir neçə otel artıq satışa çıxarılıb.

"Məhz hansı otellərin satışa çıxarıldığını açıqlaya bilmərik", - bunu V.Axundov deyib.Baku.vvs

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az