Pensiyaların verilməsi yenə gecikir...

Pensiyaların verilməsi yenə gecikir...

Pensiyaların maliyyələşdirilməsindəki gecikmə təqaüdçülərin "pulumuz, bəlkə, bu gün hesablara köçürüldü" ümidi ilə bankomatların qarşısına toplaşmasına səbəb olub.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinin verdiyi məlumata görə, pensiyaların nə zaman hesablara köçürüləcəyi dəqiq bəlli deyil.

Gecikmə yeni təqvim ilinin ilk ayı, həmçinin bayramla əlaqədar ayın ilk günlərinin qeyri-iş günləri olması ilə əsaslandırılır. Bildirilir ki, pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar tələb edir.

Qeyd edək ki, ötən ilin son ayında pensiyaların maliyyələşdıriməsi dekabrın 13-nə təsadüf etmişdi. Hansı ki, əvvəlki aylarda təqaüdçülər vəsaitlərini hər ayın 11-i alırdılar.

Xatırladaq ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Uzun müddətdir pensiyaların maliyyələşməsi hər ayın 13-dək Bakı şəhərində, 20-dək isə regionlarda başa çatırdı. Xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi.(oxu.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az