Paytaxtın Heydər Əliyev prospektində - Bakı Olimpiya Stadionunun qarşısında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə yeni avtomobil tuneli inşa olunur.
Bu barədə AZƏRTAC-a dövlət agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib.
Tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər birinin eni 4,5 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11,5 təşkil edəcək.
A.Nəcəfli qeyd edib ki, tunelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metro stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və Hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri "Böyük Şor" yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, "Koroğlu" metro stansiyasının qarşısından keçərək hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Bu sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin "Koroğlu" stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.
Onun sözlərinə görə, yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər "Koroğlu" metro stansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən "Olimpiya" kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə Hava limanı istiqamətinə hərəkət edə biləcəklər.
Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































