Qış turizmi üçün ölkənin cənub bölgəsi olan Lənkərana axın edənlərin sayı artıb.
Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, ötən ilin sonlarından Lənkəranda qış turizminə maraq göstərənlərin az olmağı bəlli olub. Bir tərəfdən Talış dağları, digər tərəfdən isə Xəzər dənizi ilə əhatə olunması Lənkəran rayonunu turistlər üçün cəlbedici edib. Ötən ilin dekabr ayında Lənkəranda keçirilən "Çay, çəltik və sitrus festivalı" da rayona turist axınına səbəb olub.
Xüsusilə qış fəsli başlayandan turistlərin sayının artdığını nəzərə alaraq Lənkəranda iki böyük otelin inşasına başlanılıb. Bu otel komplekslərindən biri məhz dağlıq ərazidə yerləşir. Məlumata görə, 2018-ci ildə bu istirahət mərkəzləri turistlərin ixtiyarına veriləcək.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov Axar.az-a verdiyi açıqlamada bildirib ki, əslində əvvəllər Lənkəranda təkcə 4-5 ay turizm mövsümü sayılırdı. Ancaq indi ilin bütün aylarında burada turist görmək olur:
"Təkcə 2017-ci ilin 11 ayı ərzində Lənkərana 20 mindən artıq turist gəlib. Keçən il qış mövsümü ərzində 1500 turist qəbul edən Lənkəranda təkcə noyabr ayında 3 mindən artıq turist olub".
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































