Azərbaycanın neft ehtiyatı 2 mlrd. tondur

Azərbaycanın neft ehtiyatı 2 mlrd. tondur

Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 mlrd. ton, qaz ehtiyatı isə 2,550 trln. kubmetr həcmindədir.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi qəzetdə bildirib.

Onun sözlərinə görə, proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı isə 3,450 trln. kubmetrdir.

"Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4,050 mlrd. ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5,450 mlrd. tondur. Beləliklə, ümumi karbohidrogen ehtiyatları şərti yanacaqla 9,5 mlrd. ton həcmində qiymətləndirilir", - deyə X.Yusifzadə bildirib./Report/

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az