Bu ölkədə benzinin qiyməti 2 dəfədən çox artdı

Bu ölkədə benzinin qiyməti 2 dəfədən çox artdı

Səudiyyə Ərəbistanında benzinin qiyməti qalxıb.

Report xəbər verir ki, qiymətlərin artırılmasına səbəb kimi enerji istifadəsinin effektivliyini artırmaq və ölkədə açıqlanan nəhəng islahatlar paketi üçün mənbə yaratmaq göstərilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 91 oktan benzin 0,75 rialdan 82% artımla 1,37 riala (0,62 manat), 95 oktan benzinin qiyməti 0,9 rialdan 126% artımla 2,04 riala ( 0,92 manata) yüksəlib. Dizelin qiymətində isə dəyişiklik olmayıb.

Benzin qiymətlərinin artmasıyla yanaşı ölkədə yanvar ayının 1-dən etibarən əlavə dəyər vergisi (ƏDV) də tətbiq olunmağa başlayıb. Artıq səhiyyə, təhsil, bank, əmlak, nəqliyyat, elektrik, su, telekommunikasiya və sığorta kimi bir çox sahədə 5%-lik ƏDV tətlbiq olunur.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az