Bakıda tikinti şirkətinin 90-dan çox işçisi bir gündə işdən çıxarılıb.
Bu barədə "Baku.ws"ə "North West" şirkətinin işdən qovulan işçiləri məlumat veriblər. Onların sözlərinə görə, şirkət rəhbərliyi son bir ayın maaşını da verməyib.
"Bizi heç bir xəbərdarlıq edilmədən işdən çıxarıblar. Sayımız 90-dan çoxdur. Səbəb kimi deyirlər ki, şirkətdə böhran yaşanır. Bunu başa düşdük, amma əvvəlcədən deyərdilər ki, işdən çıxarılacağıq, biz də işimizi bilərdik. Bir günün içərisində hamımızı işdən qovdular. Təzminat tələb edirik", - deyə şikayətçilər bildirib.
Narazı işçilərin sözlərinə görə, işdən çıxarılmaları ilə yanaşı müxtəlif hədə-qorxu gəliblər və çalışanları təhqir ediblər.
"Bizimlə əmək müqaviləsi də imzalanmayıb. Qanundan yayınıblar", - deyə "North West" şirkətindən çıxarılan Kənan Əmrahlı bildirib.
90-dan çox işçi etiraz əlaməti olaraq Aeroport yolunu bağlayacaqlarını söyləyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































