30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
11 Sentyabr 13:33
Mikayıl Cabbarov Vergilər naziri təyin olunandan sonra nazirlikdə istefa dalğası sürətlə davam edir.
Artıq Vergilər nazirinin I müavini Sahir Məmmədxanov da postunu tərk etmək qərarına gəlib. Belə ki, S. Məmmədxanov istefa ərizəsini nazir Mikayıl Cabbarova təqdim edib.
Yaxın günlərdə Fazil Məmmədovun komandasına sadiqliyi ilə seçilən S. Məmmədxanovun istefasının qəbul ediləcəyi gözlənilir.
Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Unikal.org