Azərbaycan əsilli rusiyalı iş adamları Qod Nissanov və Zarax İliyevə məxsus "Kiyev meydanı" şirkəti "Olimpiyskiy" idman komplekslərini alıb.
"Forbes" xəbər verir ki, qeyd edilən idman kompleksi adı Rusiyanın ən zəngin insanları siyahısında olan Musa Bajayevin "Alyans" şirkətinə məxsus olub.
2017-ci ilin dekabrında bağlanan sazişin dəyəri açıqlanmır. Məlumata əsasən, "Olimpiyskiy" kompleksinin yeni sahibləri layihəyə ən azı 300-400 mln. dollar investisiya yatırmağı planlaşdırırlar.
"Olimpiyskiy" idman kompleksi "Sülh prospekti" metrostansiyasının yaxınlığında, 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunları ərəfəsində tikilib.
Moskva merinin müavini Aleksandr Qorbenko hazırda "Olimpiyskiy" idman kompleksinə daxil olan obyektlərin köhnəldiyini və müvafiq tələblərə cavab vermədiyini bildirib.
"İdman kompleksinin yenidən qurulmasına ehtiyac var idi. Moskva üçün olduqca vacib olan bu obyektə investisiya yatırmağa hazır olan investor lazım idi", - deyə Aleksandr Qorbenko "Forbes"ə bildirib. (oxu.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































