Azərbaycanın milli valyutası - manatın 2015-ci il dekabrın 21-də həyata keçirilən ikinci devalvasiyasından iki il ötüb. Həmin gün ölkə ABŞ dollarının rəsmi məzənnəsi 1,0499 AZN/USD səviyyəsindən 47,6% artımla 1,55 AZN/USD-yə yüksəlib. Buna səbəb qlobal bazarda neft qiymətlərinin 27 dollar/barelə qədər geriləməsi amili olub.
İkinci devalvasiyadan sonra manatın ucuzlaşması davam edib və 2017-ci il fevralın 1-də məzənnə 1,92 AZN/USD səviyyəsinə çatıb. Bununla da manatın məzənnəsi ilk devalvasiya (21.02.2015-ci il) nəzərə alınmaqla 144%, ikinci devalvasiyadan sonra isə 83% ucuzlaşıb.
Xatırladaq ki, Azərbaycan manatının ilk devalvasiyası zamanı dolların rəsmi məzənnəsi 33,6% artırılaraq 0,7862 AZN/USD səviyyəsindən 1,05 AZN/USD-yə yüksəlib. Buna səbəb isə, neft qiymətlərinin 120 dollar/bareldən 60 dollar/barelə qədər azalması olub.
2017-ci ilin əvvəlindən qlobal neft bazarında OPEC və ona üzv olmayan ölkələrin səyi nəticəsində sabitlik bərpa olunub və qiymətlərdə yüksəliş başlayıb. Neft qiymətləri 27 dollar/bareldən 2,4 dəfə artaraq 65 dollar/barelə çatıb. Nəticədə, Azərbaycanda dolların məzənnəsi fevralın 1-dən etibarən azalmağa başlayıb və 11,5% azalaraq bu günə 1,7001 AZN/USD-yə geriləyib. Bu gün rəsmi məzənnə ilk devalvasiyadan əvvəlki dövrlə müqayisədə 116% yuxarıdır.report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































