Gürcüstan ərazisinə avtomobillə daxil olan əcnəbilər 2018-ci ildən etibarən idarə etdikləri nəqliyyat vasitələri üçün sığorta ödəyəcəklər.
Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, sığorta müqaviləsi olmadan əcnəbilər avtomobillə Gürcüstan ərazisinə keçə bilməyəcəklər.
Gürcüstana gələcək xarici ölkə vətəndaşına sərhəd keçid məntəqələrində idarə etdiyi minik avtomobili üçün 1 illik, 30 və 15 günlük sığorta paketləri təqdim olunacaq.
Avtomobil sahibləri 15 günlük sığorta üçün 30 GEL, bir aylıq paket üçün 50 GEL, bir illik paket 292 GEL ödəyəcəklər. Məcburi tarif paketində avtobus və motosikletin sığortası da müəyyənləşdirilib.
Avtomobillərin sığorta edilməsi təşəbbüsü Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən irəli sürülüb.
Sığortasız hərəkət edən minik avtomobili sahibi 100 avro, avtobus sürücüsü 200 avro cərimə olunacaq.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































