"Türkiyənin "terrorçu dövlət"lə ticarət həcmi 6 ayda 3,2 milyard dollar təşkil edib..."

"Türkiyənin "terrorçu dövlət"lə ticarət həcmi 6 ayda 3,2 milyard dollar təşkil edib..."

Hörmətli Türkiyə prezidenti deyir ki, İsrail terrorçu dövlətdir.

Tamam. Olsun. Gəlin, indi Türkiyənin "terrorçu dövlət"lə iqtisadi əlaqələrinə çox qısaca nəzər salaq.

İndiki iqtidar partiyası (AK Parti) hakimiyyətə gələndə - 2002-ci ildə Türkiyə ilə İsrail arasında ticarət həcmi 1,4 milyard dollar idi. AK Parti dönəmində bu rəqəm tədricən yüksələrək 2014-cü ildə 4 qat artımla rekord həddə çatdı - 5,8 milyard dollar. Baxmayaraq ki, ötən müddətdə məşhur "One minute" olayı (yanvar, 2009) və "Mavi Marmara" faciəsi (may, 2010) baş vermişdi.

2016-cı ildə bir az geriləmə qeydə alındı - 4,3 milyard. Lakin 2017-ci ilin yekunları əsasında yeni rekord əldə olunacağı gözlənilir. Çünki bu ilin ilk 6 ayında Türkiyə-İsrail ticarət həcmi 3,2 milyard dollar təşkil edib. Bundan başqa, Türkiyənin Körfəz ölkələrinə ixracatının 25%-i İsrailin Hayfa limanı vasitəsilə həyata keçirilir.

Türkiyənin İsraillə iqtisadi əlaqələri inkişaf etdirməsi doğru addımdır. Hətta İsrail qazını Avropaya nəql edəcək boru kəmərinin Türkiyədən keçməsinə nail olunsa, bu, həm Türkiyənin öz mənbələrini diversifikasiya edərək Rusiyadan enerji asılılığını azaltmasına imkan verəcək, həm də ölkənin geosiyasi rolunu və əhəmiyyətini artıracaq.

Yəni demək istədiyim odur ki, Ərdoğanın İsrail (və Qərb) əleyhinə kəskin ritorikası 2019-cu ilin kritik seçkiləri ərəfəsində milliyyətçi-mühafizəkar (dindar) elektoratı öz ətrafında cəm etməyə yönəlib.

Şahin Cəfərli, politoloq

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az