"Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması manata ciddi təsir etməyəcək".
Mediainfo.az-ın məlumatına görə bu barədə Azvision-a açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib.
Millət vəkili bildirib ki, hazırda manata təsir edən amillər müsbətdir:
"Neftin qiyməti 60-65 dollar səviyyəsindədir. Azərbaycanda ticarətdə müsbət saldo var, ixrac idxalı üstələyib. Həmçinin Azərbaycan Mərkəzi Bankı pul kütləsinə çox ciddi nəzarət edir. Bunlar hamısı manatın qorunub saxlanması üçün şərait yaradır. Üzən məzənnə rejimi olsa da, Mərkəzi Bank manatın məzənnəsini stabil saxlamağa çalışır. Ola bilər ki, kiçik psixoloji təsirlər olsun. Amma bu artımın Azərbaycan manatına ciddi təsiri olmayacaq".
Qeyd edək ki, ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini artırıb. FES-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin yaydığı məlumata görə, uçot dərəcəsi 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırılıb.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































