Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılan sabiq Vergilər naziri Fazil Məmmədovla bağlı A24.az yeni məlumatlar əldə edib.
Belə ki, sabiq nazirin kadrlarına da yol görünüb.
Artıq Məmmədovun müavini, həm də qudası Namiq Əliyev iki gündür ki, işə çıxmır.

Vergilər nazirinin müşaviri, nazirə xüsusi yaxınlığı ilə seçilən Riyad Hüseynov işdən ayrılmaqla bağlı könüllü olaraq ərizəsini yazıb.
![]()
Nazirin başqa bir müşaviri, eyni zamanda nazirin qudası Firuz Həsənov da oxşar addım atıb. Yaxın günlərdə onların işdən ayrılması rəsmi təsdiqini tapacaq.

Sabiq nazir özü isə hazırda "Yeni Həyat" yaşayış kompleksinə yerləşən ofisində qərarlaşıb.
Bundan başqa, nazirin əlində olan digər böyük obyektlər – Cote d’ Azur, 20 Yanvar tərəfdə yerləşən silsilə yaşayış binalarının da ona aid olduğu üzə çıxıb.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































