Azərbaycanda bu maşınlar bahalaşdı

Azərbaycanda bu maşınlar bahalaşdı

Noyabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də "onlayn" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.

Bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

F.Hüseynov bildirib ki, maşın bazarında ciddi durğunluq yaranır: "Proqnozlaşdırıldığı kimi ilin sonuna doğru ümumilikdə maşın bazarında durğunluq yaranır".

Ekspert bildirib ki, ilin sonuna doğru dollar-manat məzənnəsində dəyişikliyin olacağı ilə bağlı ehtimallar da bazara ciddi təsir göstərdi: "Bu gün demək olar ki, maşın alan yoxdur. Bazarda iki cür maşın satanlar var – avtomobil alqı-satqısı ilə məşğul olanlar və öz avtomobillərini satanlar. Öz avtomobillərini satanlar bazardan geri çəkildilər, çünki onlar düşündülər ki, əgər ilin sonuna doğru dollar-manat məzənnəsində dəyişiklik baş verərsə, o zaman onların avtomobillərini daha baha qiymətə satma ehtimalları var".

F.Hüseynovun sözlərinə görə, bazarda durğunluğun olmasına rəğmən, qiyməti 10 min manata qədər olan avtomobillərin qiymətində 20 faizə qədər artım baş verib: "Bu da dollar-manat məzənnəsində və digər məhsulların qiymətlərində artımın olacağı ehtimalları ilə bağlıdır".

Ekspert əlavə edib ki, qiyməti 10 min manatdan yuxarı olan avtomobillərin qiymətində ciddi dəyişiklik müşahidə edilməyib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az