"Neftin qiyməti 65 dolları keçsə, OPEC+ dayandırıla bilər"

"Neftin qiyməti 65 dolları keçsə, OPEC+ dayandırıla bilər"

Qlobal bazarda neft qiymətləri 65 dollar/barel həddinin üzərində dayanıqlı şəkildə sabitləşərsə, OPEC+ anlaşması dayandırıla bilər. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov çıxış edib.

"Neftin 65 dollar/barel səviyyəsi bütün bazar iştirakçılarını qane edir", - deyə V.Ələkbərov "Bloomberg" agentliyinə açıqlamasında bildirib.

"LUKoil" şirkətinin prezidenti qeyd edib ki, əgər OPEC+ anlaşması dayandırılarsa, yəni hasilata məhdudiyyətlər aradan qaldırılarsa, o zaman onun rəhbərlik etdiyi şirkət qərardan 2 həftə sonra hasilatı artıra bilər.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az