Çinin "PetroChina" dövlət neft şirkəti ölkənin şimal-qərbində yerləşən Sintzyan-Uyğur muxtar vilayətində dünyanın ən iri neft yataqlarından birini aşkarlayıb.
Bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, aşkar olunan yataqda geoloji ehtiyatların həcmi 1,24 mlrd. ton (9 mlrd. barel) təşkil edir. "PetroChina"nın regional şirkəti "Xinjiang Oilfield"in rəhbəri Tan Yun bildirib ki, aşkar olunan 1,24 mlrd. ton geoloji ehtiyatların 520 mln. tonu (3,8 mlrd. barel) və ya 42%-i təsdiq olunub: "Bu isə ABŞ-ın "Hemlok" və Braziliyanın "Kampus" yataqlarındakı ehtiyatlardan çoxdur".
Tan Yun həmçinin qeyd edib ki, 1990-cı illərdən bu regionda kəşfiyyat işləri aparılsa da, texnologiyanın zəif olması işi mürəkkəbləşdirib. Yeni yatağın kəşf olunması regionda neft-qaz kəşfiyyatı üçün perspektivləri genişləndirir.
Xatırladaq ki, Çinin hazırda ən iri neft yatağı olan "Datsin" Xeyluntzyan əyalətində yerləşir və 5,7 mlrd. ton (41,6 mlrd. barel) ehtiyata malikdir. Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























