Azərbaycan hökumətinin gördüyü sərt maliyyə tədbirlərinə baxmayaraq ölkədən xaricə valyuta axını bu il ərzində də davam edib.
Virtualaz.org xəbər verir ki, bunu kiçik Balkan ölkəsi Montenegronun Mərkəzi Bankının 2017-ci ilin 10 ayı ərzində ölkədə xarici vətəndaşlar tərəfindən daşınmaz əmlaka qoyulan yatırımlara dair açıqladığı statistika da təsdiq edir.
Statistikaya əsasən bu ilin 10 ayı ərzində Rusiya vətəndaşları Montenegroda mənzillər, evlər və digər daşınmaz əmlak almaq üçün 35.6 milyon dollar yatırıb. Azərbaycan vətəndaşları isə bu ölkədən 45 milyon dollarlıq daşınmaz əmlak alıb. Bu göstərici üzrə liderliyi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları tutur-87 milyon avro.
Xatırladaq ki, Azərbaycan vətəndaşları Çexiyadan da ən çox daşınmaz əmlak alan xaricilər sırasındadır. Habelə son illər azərbaycanlılar öz pullarını Türkiyədə də daşınmaz əmlaka intensiv şəkildə yatırıblar. Azərbaycanlıların ötən il Gürcüstana qoyduqları yatırım isə 600 milyon dollara yaxın idi.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























