"İran Bakı-Tbilisi-Qars dəmir yolunun Təbriz şəhərinə qədər uzadılmasını təklif edib".
Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə APA-ya açıqlamasında İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi deyib.
O bildirib ki, bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə müzakirə aparılıb və memorandum imzalanıb: "Bu, çox böyük layihədir və üzərində iş gedir. Bu layihə reallaşsa, dairəvi dəmir yolu yaranacaq. İran və Türkiyə layihə üzrə işlər aparmaqla bağlı razılıq ifadə edib".
Cənub-Qərb nəqliyyat dəhlizinə toxunan A. Axundi onun çox uğurlu olacağını hesab etdiyini söyləyib: "Bu dəhliz region və dünyada olan dəhlizlərlə rəqabət apara biləcək. Əminəm ki, İran, Azərbaycan, Gürcüstan və Ukraynanın bu dəhlizlə bağlı əməkdaşlığı uğurlu olacaq".
O, İran və Azərbaycan arasında infrastruktur sahəsində əməkdaşlığın çox yaxşı davam etdiyini qeyd edib: "Astara-Astara dəmir yolunun tikintisi davam edir. Azərbaycan tərəfi ilə Astaradan Rəştə qədər olan dəmir yolunun tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardıq. Bununla bağlı memorandum imzalanıb. Layihə ilə bağlı müqavilənin imzalanması da nəzərdə tutulur. Bundan sonra Azərbaycan layihənin inkişaf etdirilməsində iştirak edəcək".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























