Paytaxtın Tbilisi prospektində, "20 Yanvar" dairəsi yaxınlığında inşa olunan nəhəng supermarketin istifadəyə veriləcəyi tarix məlum olub. Mediainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə supermarketin əməliyyatlar üzrə direktoru Kevin Landi sosial şəbəkə hesabından məlumat verib. Kevin Landi bildirib ki, dekabrın 21-i tarixində "Bravo" supermarketlər şəbəkəsinin rəsmi açılışını edəcəyik. Qeyd edək uzun zamandır inşası davam etdirilən və paytaxtın ən böyük supermarketi olacaq alış-veriş mərkəzinin tikintisi başa çatmaq üzrədir.
Məlumat üçün onu da qeyd edək ki, "Bravo" supermarketlər şəbəkəsi 27 fevral 2015-ci ildə rəsmi qeydiyyatdan keçən "Azərbaycan Supermarket" MMC-yə məxsusdur. MMC-nin qanuni təmsilçisi Almaniya vətəndaşı Wagner Holgerdir. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 152-də yerləşir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























