Cibindəki 80 lira (40 azn) ilə Suriyadan qaçaraq Türkiyəyə yerləşən suriyalı Yaser Haddad milyonçu olub. İstanbulda qurduğu şirkətindən 1 milyon TL gəlir əldə edib, 40 suriyalı və 5 türk işçi çalışdırır.
Haddad bu uğura sosial media istifadə edərək sahib olub. Bu gün İstanbulda ərəb turistlərə rəhbərlik edən sahibkar, İstanbula gəldiyi ilk illərdə heç bir yerdə iş tapa bilməyib. 32 yaşlı Haddad ətrafındakı insanların da dəstəyi ilə turizm şirkəti qurub. Şirkəti də sosial medya hesabları vasitəsilə ərəblərə tanıdıb. Bundan sonra İstanbula gələn ərəblər onun şirkətindən yararlanıblar və Haddad bu müddət ərzində əldə etdiyi gəlirlə şirkəti böyütməyi bacarıb.
"2011-ci ildə Hataya gəldim. Oradan da İstanbula köçdüm. Burada nə iş olsa görəcəkdim. Bir çox iş yerlərinə getdim. Cibimdə də cəmi 80-90 lira qalmışdı. Ərəblərə Türkiyəni tanıtmaq məqsədilə instagram və snapchat səhifəsi açdım. 2014-cü ildə öz şirkətimi qurdum. Həmin vaxt Qatardan 30 nəfərlik turist qrupu gəldi. Təxminən 10-12 gün Türkiyədə qaldılar və böyük məbləğdə pul qazandım. Bu vəsaitlə işimi böyütdüm."
Hazırda Haddadın şirkəti böyüməyə davam edir və hər ay 150 ərəb turisti qarşılayır…bizplus.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































