Bu ilin ilk 10 ayı ərzində xam neft, neft məhsulları və təbii qazı nəzərə almadan Azərbaycandan xarici ölkələrə 1 milyard 219 milyon dollar dəyərindən məhsul ixrac olunub. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artsa da, qonşu ölkələrdəki analoji göstəricilərə nisbətən aşağıdır. Gürcüstan Milli Statistika İdarəsinin (bax: http://www.geostat.ge/cms/site_images/_files/english/bop/FTrade_10__2017_ENG-with%20cover.pdf) məlumatına görə, bu ilin ilk 10 ayında 3,7 milyon nəfər əhalisi olan Gürcüstanın xarici ölkələrə satdığı məhsulların (xam neft, neft məhsulları və təbii qaz ixracı yoxdur) dəyəri 2 milyard 203 milyon dollardan çox olub. Ermənistan Milli Statistika Xidmətinin (bax: http://www.armstat.am/file/doc/99504578.pdf) məlumatına görə isə əhalisi 3 milyon nəfərdən az olan bədnam qonşumuzda bu göstərici 1 milyard 745,4 milyon dollar olub. Rəqəmlərdən də göründüyü kimi qeyri-neft məhsullarının ixracı əhalisinin sayı 9,8 milyon nəfər olan Azərbaycanda Gürcüstanla müqayisədə 80,7% və ya 984,1 milyon dollar, Ermənistanla müqayisədə isə 43,2% və ya 526,4 milyon dollar az olub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























