Gələn il Azərbaycanda 10 yeni xalça istehsalı müəssisəsinin tikintisinə başlanılacaq.
Mediainfo.az-ın Trend-ə istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Ş.Mustafayev bildirib ki, ölkədə xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması işləri davam etdirilir: "Belə ki, Horadiz qəsəbəsində və Şəmkir rayonunda bu müəssisələr artıq istifadəyə verilib, 6 rayonda müəssisələr istismara tam hazır vəziyyətə gətirilib, digər 2 rayonda isə işlər cari ilin sonunadək yekunlaşacaq, 2018-ci ildə 10 yeni müəssisənin tikintisinə başlanılacaq".
Nazir əlavə edib ki, xalçaçılığın xammal bazasının yaradılması üçün Sumqayıtda Yunəyirici Boyaq fabrikinin tikintisinə bu ilin sonunda başlanılması və 5 rayonda yun və boyaq maddələri tədarükü məntəqələrinin tikintisi nəzərdə tutulur.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























