Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün tarixi rekordunu yeniləyib.
Mediainfo.az "Report"a istinadən xəbər verir ki, dolların məzənnəsi 2017-ci il yanvar ayının 11-də 3,9423 lirə səviyyəsinə yüksələrək tarixi rekord həddə çatdıqdan sonra sentyabrın 11-də 3,3845 lirə səviyyəsinə qədər geriləyib. Son 2 aydan bir qədər artıq dövr ərzində dollar 17%-dək bahalaşaraq bu gün keçirilən hərracda Bakı vaxtı ilə saat 10:15-də 3,9425 TRY/USD səviyyəsinə yüksəlib.
Analitik qrup bildirir ki, dolların bahalaşmasına səbəb Türkiyənin xarici ticarət kəsirinin artması, özəl sektorun qısamüddətli borclarının yüksək səviyyədə olması və iş adamı Rza Zərrabla bağlı ABŞ-da keçiriləcək məhkəmə prosesidir. Qeyd edək ki, məhkəmə bir həftə uzadılaraq 4 dekabr tarixinə ertələnib və burada çıxarılacaq qərar Türkiyə "Halkbank"ına cəzanın tətbiqi ilə nəticələnə bilər.
Bununla yanaşı, Türkiyə Mərkəzi Bankının (TCMB) dünən keçirdiyi müddətli valyuta hərracında 6 aylıq müddətə dollar satışında məzənnə 4,13 TRY/USD olub. Bu da onu deməyə əsas verir ki, yaxın günlərdə dolların məzənnəsinin bu səviyyəyə yaxınlaşması qaçılmazdır.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































