"Azərisitilik" ASC mənzillərin bəzilərinin istiliklə təmin edilməməsinə aydınlıq gətirib. Mediainfoşaz-ın məlumatına görə,"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a bildirib ki, sabahdan etibarən bütün binlardakı mənzillər istiliklə təmin olunacaq:
"Noyabr ayının 15-dən istilik mövsümü başlamasına baxmayaraq, bütün mənzillərə eyni vaxtda istilik verilə bilməmişik. Biz "Azəriqaz"a müraciət etdik ki, qazanxanaların qaz təchizatını tədricən yerinə yetirsinlər. Çünki birdən-birə 551 qazanxananın istiliklə təmin edilməsi mümkün deyil. "Azəriqaz" qaz təminatını tənzimləyir, qazanxanalar işə düşdükdən sonra biz tənzimləmə aprırıq. Bu da müəyyən vaxt alır. Amma hazırda qazanxanaların böyük hissəsi istiliklə təmin olunub, sadəcə tənzimlə aparılır".
İstilik tariflərinin dəyişdirilməsinə gəlincə, R.Əliyev deyib ki, "Azəistilik" Tarif Şurasına təqdim etdiyi hesabtda zərərlə işlədiyini bildirib:
"Biz mütəmadi olaraq, hesabatlarda məhsulumuzun maya dəyəri və zərərləri barədə məlumat vermişik. Tariflərin dəyişib-dəyişməyəcəyi isə həmin qurumun səlahiyyətindədir".
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































