Nazirlər Kabineti "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda dəyişiklik edib.
Arazinfo.com-un APA-ya istinadən məlumatına görə, bu Qayda gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir.
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir.
İndiyə qədər ayrı-ayrı sənədlərin üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilməsi mümkün olmadığı hallarda, bəyannaməçinin yazılı müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim olunmasına icazə veriblər. Gömrük Məcəlləsində ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 gündən gec olmayaraq, gömrük orqanına təqdim olunmalıdır. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı formada öhdəlik təqdim edib. Dəyişikliyə əsasən bundan sonra ayrı-ayrı sənədlərin üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilməsi mümkün olmadığı hallarda, bəyannaməçinin elektron formada müraciəti əsasında da gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim olunmasına icazə verəcəklər. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına həm də elektron formada öhdəlik təqdim edə biləcək.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































