ABŞ-da 3 ən zəngin insanın varidatı əhalinin toplam resurslarının yarısından çoxdur

ABŞ-da 3 ən zəngin insanın varidatı əhalinin toplam resurslarının yarısından çoxdur

"Forbes" jurnalının qiymətləndirməsinə əsasən, 3 ən zəngin amerikalının ümumi varidatı ABŞ əhalisinin yarısından çoxunun, yəni 160 mln. insanın məcmu varıdatını üstələyir.

"Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu məlumat Vaşinqtonda yerləşən "Institute for Policy Studies" təşkilatının hesabatında yayımlanıb.

Hesabatda bildirilir ki, söhbət "Amazon" şirkətinin yaradıcısı Cef Bezos (Jeff Bezos), "Microsoft"un yaradıcısı Bil Geyts (Bill Qates) və investor Uorren Baffetdən (Warren Buffet) gedir. Onların məcmu varidatının hesabat dərc olunan anda 263 mlrd. dollar təşkil etdiyi bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, ABŞ-ın 25 ən zəngin milyarderinin toplam varidatı 1 trln. dollar təşkil edir. Orta sinif amerikalının avtomobil istisna olmaqla varidatı isə orta qiymətlə 80 min dollara bərabərdir.

"Əgər belə getsə, zənginlik yenə də az sayda insanın əlində toplanacaq. Kasıb təbəqə ilə zənginlərin arasında fərqi aradan götürmək üçün 2 əsas qərar verilməlidir. Bunlardan birincisi, zənginlər üçün güzəştli vergilərin ləğv edilməli, ikincisi isə, ümumiyyətlə onlar üçün vergi dərəcələri artırılmalıdır", - hesabatın müəlliflərindən biri olan Coş Hoksi (Josh Hoxie) bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az