"Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin".
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
Komitə sədri məişət zorakılığına da toxunaraq, bu məsələdə vəziyyətin ürəkaçan olmadığını deyib.
Onun fikrincə, bu yöndə mübarizəni daha effektli və səmərəli təşkil etmək üçün Mili Fəaliyyət Proqramı hazırlanmalıdır.
MM-in Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu məsələ üzərində düşünüldüyünü bildirib: "Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, ölcülüb-biçilir. Yəni, bu məsələ həm bizim, həm də nazir Səlim Müslümovun gündəmindədir".
Səlim Müslümov isə deyib ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşması istiqamətində iş gedir: "Bu çərçivədə 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılması məsələsinə baxıla bilər".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























