Bir neçə xarici şirkətin Azərbaycandakı filialı ləğv olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Belə ki, "HeildelbergCement AG"-nin Azərbaycandakı filialı şirkətin 30 avqust 2017-ci il tarixli qərarı əsasında fəaliyyətinə xitam verildiyini, ləğvetmə prosesinə başlanıldığını və bununla əlaqədar dövlət qeydiyyatının təsviyyəsini elan edir. Kreditorlar tərəfindən bütün tələblər, bildirişlər, iddialar bu elan dərc olunduğu gündən etibarən iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirilməlidir.
"Compass Development Holdings VII Limited" şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edir. Bununla yanaşı, "Compass Offices Management Azerbaijan Limited" və "Compass Offices Services Azerbaijan Limited" şirkətləri də ləğv olunub. Kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına bildirə bilərlər.
"Bushi Consulting Limited" şirkətinin Azərbaycandakı filialı da ləğv olunub. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 188, mənzil 49 ünvanına bildirməlidir.
"Vitteven+Bos Azerbaijan B.V." şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























