Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) oktyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 318,7 mln. dollar məbləğində vəsait satılıb.
Cari ilin sentyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 252,2 mln. dollar satıb. Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabrda Fond tərəfindən satılan valyutanın həcmi 26,37% artıb.
Ümumilikdə, yanvar-oktyabr ayları ərzində ARDNF valyuta hərraclarında 2 mlrd. 804,42 mln. dollar satıb.
Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































