Manat lari və lirəyə nisbətdə bahalaşır.
Axar.az xəbər verir ki, artıq Türkiyəyə və Gürcüstana səfər etmək əvvəlki kimi azərbaycanlı turistlərə sərf edəcək. Belə ki, 100 manat 153 lari olub. Əvvəllər isə 100 manat 130-132 lari edirdi ki, bu da ölkədən Gürcüstana səfər edənlərə xüsusilə oteldə qalmaqda və alış-verişdə sərf etmirdi.
Azərbaycanlıların Türkiyə və Gürcüstana daha çox səfər etdiyini nəzərə alsaq, manatın lari və lirə üzərində bahalaşması olduqca sərfəlidir. Bunun yeni il öncəsi baş verməsi isə sözügedən ölkələrə Azərbaycandan gedənlərin sayında artım olacağını deməyə əsas verir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov açıqlamasında ilin sonunadək manatın bahalaşa biləcəyini söyləyib:
"Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da bu rejim fəaliyyət göstərəcək. Müsbət tendensiyalar onu göstərir ki, manatın bahalaşmasının potensialı daha çoxdur".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























