Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da bu rejim fəaliyyət göstərəcək.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi bankını İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Onun sözlərin görə, üzən məzənnə rejimin tətbiqini mövcud iqtisadi reallıqlar və beynəlxalq təcrübə tələb edir: "Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın effektli inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub".
Son zamanlar manatın məzənnəsini möhkəmlənməsinə toxunan baş bakir bankir qeyd edib ki, buna tədiyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib. E.Rüstəmov ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib: "Müsbət tendensiyalar onun göstərir ki manatın bahalaşmasının potensiyalı daha çoxdur".
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































