Son illərdə Ermənistandan Moskva və digər bölgələrə böyük həcmdə saxta konyak göndərilməsi Rusiyanın müvafiq qurumlarını buna qarşı cavab tədbirləri görməyə məcbur edib. Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün Rusiya gömrük xidməti əməkdaşları konyakla dolu 8 yük maşınını ölkəyə buraxmayıblar. Buna səbəb kimi isə konyakların saxta yollarla hazırlanmasının olduğu bildirilib. Öz növbəsində Ermənistan Şərabçılar Birliyinin sədri Avak Arutyunyan bildirib ki, Ermənistandan Rusiyaya göndərilən konyakın bir hissəsinin saxta olduğuna şübhə yoxdur. Lakın o qeyd edib ki, Rusiya konyakın saxta olmasını müəyən etmək üçün yeni cihazdan istifadə edir. Belə cihazın Ermənistanda olmaması rəhbəri olduğu quruma konyakların saxta olub-olmadığını müəyyən etməyə imkan vermır. Bununla belə Arutyunyan Rusiyanı Ermənistanda konyak istehsalında maraqlı olmamaqda və saxta konyaklarla mübarizə pərdəsi altında ölkə iqtisadiyyatına zərbə vurmaq niyyətini həyata keçirməkdə günahlandırıb.
Əziz Mustafa
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























