Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin artıb

Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin artıb

Bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 511 mənzil, sentyabr ayı ərzində isə 72 mənzil alıblar. Mediainfo.az-ın "Yeniavaz.com"-a istinadən verdiyi məlumata görə, Türkiyə Statistika Xidməti ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayının artdığını bildirib. Belə ki. 2016-cı ilin yanvar-sentyabr aylarında azərbaycanlılar Türkiyədən builkindən 46 mənzil az - 465 mənzil satın alıblar. Ötən ilin sentyabr ayında isə azərbaycanlılar Türkiyədən 37 mənzil satın alıblar və bu ötən aykı göstəricidən təxminən 2 dəfə və ya 35 mənzil az olub.

Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 9 ayı ərzində Türkiyədən ümumilikdə 15 min 382 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% və ya 2 min 26 mənzil çox olub. Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, İngiltərə, İran, Almaniya, Əfqanıstan, Azərbaycan, və Qazaxıstan vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin ilk 9 ayında İraq vətəndaşları Türkiyədən 2638, Səudiyyə Ərəbistanı vətəndaşları 2307, Küveyt vətəndaşları 1235, Rusiya vətəndaşları 942, İngiltərə vətəndaşları 580, İran vətəndaşları 508, Almaniya vətəndaşları 485, Əfqanıstan vətəndaşları isə 751 mənzil alıblar. İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Azərbaycan, Qazxıstan və Misir vətəndaşları ötən illə müqayisədə bu ilin ilk 9 ayında Türliyədən daha çox mənzil alıblar. Digər ölkələr üzrə isə azalma qeydə alınıb. Son bir ildə ən kəskin azalma Əfqanıstan vətəndaşlarının aldıqları mənzillərdə qeydə alınıb. 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə Əfqanıstan vətəndaşlarının aldıqları mənzillərin sayı 932-dən 751-ə düşüb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az