R
Rusiyaya Ermənistan, Azərbaycan və Belarusdan Türkiyə pomidorlarının göndərilməsi ilə bağlı qalmaqal böyüməkdə davam edir. Artıq Rusiya bu məsələni ciddi nəzarət altına alıb. Mediainfo.az-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya tərəfindən Türkiyə pomidoru ətrafında qaldırılan ajiotaj isə Ermənistanda narahatlıqla qarşılanıb. Belə ki, söhbət Türkiyə pomidorunu Rusiyaya göndərən ölkəyə qarşı sanksiyaların tətbiq edilməsindən gedir. Məsələyə münasibət bildirən tanınmış erməni ekspert Babken Pipoyan Ermənistana Türkiyədən pomidor göndərildiyini etiraf edib. Bu pomidorların hansısa yollarla Rusiya bazarlarına yol tapa biləcəyini istisna etməyən Pipoyan: "Ermənistan Türkiyə pomidorlarının Rusiyaya göndərilməsi məsələsinə münasibətdə düzgün hərəkət etmir. Əgər Rusiya məsələ ilə bağlı Ermənistana xəbərdarlıq edibsə, deməli onların əllərində hansısa faktlar var. Bundan əlavə Avropadan Ermənistana göndərilən ərzaq və kənd təsərrüfatı məhsullarına sonradan "erməni malı" etiketi vurularaq Rusiyaya göndərildiyini də nəzərə alsaq, onda buna görə cavab verməli olacağıq. Əgər buna görə Rusiya bizə sanksiya tətbiq etsə, onda Ermənistan iqtisadiyyatı iflic olacaq",-deyib. Əziz Mustafa
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























