Bakı Ticarət Festivalı ("Shopping festival") ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabrın 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
MBNP-dən "APA-Economics"ə verilən məlumata görə, festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.
Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə bilərlər.
Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində - www.fimsa.az saytında yerləşdirilib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























