Bütün dünya üzrə neft sektoruna investisiyaların azaldığı bir dövrdə, "Brent" markalı neftin qiyməti yaxın 5 ildə cari qiymətlərə nisbətən 40% artaraq 80 dollar/barelə yüksələ bilər.
"Report" xəbər verir ki, bu açıqlamanı Nyu-Yorkda keçirilən mətbuat konfransında "S&P Global Platts" informasiya agentliyinin bölməsi olan "Pira Energy"nin qurucusu Qari Ros (Gary Ross) verib.
Q.Ros qeyd edib ki, ABŞ şist neft sektorunun inkişafı və elektromobillərin sayının artması ilə bağlı yaranan qeyri-müəyyənliklər neftin qiymətini daha da artırır: "İnvestisiyalar azalır. Şist neft və elektromobil sektorlarının inkişaf etdiyi dövrdə kim neftə investisiya yatırar?!"
Analitik hesab edir ki, hazırda neft ehtiyatlarının həcmi şişirdilir. OPEC neft ehtiyatlarının orta 5 illik neft ehtiyatlarından 170 mln. barel çox olduğunu bildirsə də, bu miqdar 50 mln. bareldən çox deyil və azalmağa davam edir.
"Artıq neft ehtiyatları absorbasiya olunub. Biz bir daha 30 dollar/barel səviyyəsini görməyəcəyik. Amma hələ ki, 50-60 dollar/barel qiyməti ilə yaşamağa davam edəcəyik",- deyə Ros bildirib.
Xatırladaq ki, neft sahəsində söz sahibi olan Q.Ros 2014-cü ildə neft qiymətlərində kəskin azalma proqnozunu verib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































