Fransada 418 mln. ABŞ dollarına 187 il əvvəl tikilmiş ev satışa çıxarılıb.
"Report"un "The Daily Mail" qəzetinə istinadən verdiyi xəbərə görə, "Les Cedres" malikanəsi Belçika kralı II Leopolda məxsus olub və daha sonra zeytun ferması kimi istifadə edilib.
Malikanədəki 14 yataq otağı bahalı mebel və XIX əsrin rəsm əsərləri ilə bəzədilib. Həmçinin burada hovuz, banket zalı və 30 atın saxlanılması üçün nəzərdə tutulan tövlə var.
Bundan başqa, malikanədə 15 000 bitkisi olan Avropanın ən gözəl bağlarından biri yer alıb. Qonşuluqda isə britaniyalı bəstəkar Endryu Lloyd Uebber (Andrew Lloyd Webber) və "Microsoft"un qurucularından Pol Allen (Paul Allen) yaşayır.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi





















































