Azərbaycanda adambaşına ÜDM-in həcmi illik müqayisədə 140 ABŞ dolları və ya 3,5% artaraq 2017-ci ilin yekununda 4 100 dollara çatacağı gözlənilir. "Report" xəbər verir ki, bu proqnoz Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən verilib.
Proqnozda bildirilib ki, 2018-ci ildə adambaşına düşən ÜDM-in həcmi 4 440 dollara, 2019-cu ildə 4 750 dollara, 2020-ci ildə 5 080 dollara, 2021-ci ildə 5 440 dollara, 2022-ci ildə isə 5 840 dollara çatacaq.
Qeyd edək ki, Azərbaycanda adambaşına ÜDM-in tarixi rekord həddi 2014-cü ilin yekununda qeydə alınıb və 8 050 dollar təşkil edib. Bu göstərici 1992-ci ildən hesablanır və onun minimal həddi də məhz həmin ildə (160 dollar) qeydə alınıb.
IMF-in proqnoz hesabatında 2017-ci iln yekununda inkişaf etməkdə olan ölkələrdə orta adambaşına ÜDM-in 4 960 dollar, inkişaf etmiş ölkələrdə ortalama 45 070 dollar, ümumi dünya üzrə isə 10 750 dollar təşkil edəcəyi ehtimal olunur.
Xatırladaq ki, Azərbaycanda bu göstərici 2007-2014-cü illərdə inkişaf etməkdə olan ölkələrin orta adambaşına ÜDM-ni üstələyib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























