Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də "online" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.
Bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.
V.Hüseynov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi maşın bazarına da təsirsiz ötüşməyb: "Maşın bazarının aktiv iştirakçıları passiv iştirakçılara çevrilib".
Ekspert bildirib ki, satış qiyməti 20 min manata qədər olan işlənmiş avtomobillərdə qiymətlər təqribən 8-10 % aşağı düşüb, bahalı avtomobillərin qiymətində isə elə də dəyişiklik olmayıb.
V.Hüseynov vurğulayıb ki, adətən sentyabr ayından maşın bazarında aktivləşmə hiss olunurdu və bu, noyabrın sonuna qədər davam edirdi: "Dekabr ayında bayramlarla əlaqdər aktivlik aşağı düşürdü, yanvarın ortalarından sonra aktivlik yenidən artırdı. Ancaq bu il sentyabr ayında aktivlik artmadı".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























