Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC ("Baktelekom") tərəfindən həyata keçirilən "İctimai İnternet" layihəsi çərçivəsində "Pulsuz Wi-Fi" xidmətindən istifadə edənlərin sayı 1 mln.u ötüb. Nazirlikdən APA-ya verilən məlumata görə, ötən həftədən "Baktelekom" tərəfindən elan edilən "Milyonuncu ol, noutbuku sən apar" kampaniyasının qalibi də müəyyənləşib. Noutbukun sahibi Orxan Cabbarov olub.
Qeyd edək ki, 1 ay öncə "Baktelekom" tərəfindən istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə "Pulsuz "wi-fi" xidmətinin 500 mininci istifadəçisi mobil telefonla mükafatlandırılıb.
Məlumat üçün bildirək ki, bu həftə pulsuz "wi-fi" zonalarının sırasına daha biri əlavə edildi. Artıq "Port Baku Residence" və "Port Baku Mall" arasında yerləşən parkı ("Fashion Avenue") ziyarət edənlər də ictimai şəbəkədən faydalana bilirlər.
Yaxın zamanda Dədə Qorqud və Nərimanov parkı da "Pulsuz "wi-fi" xidmətinin əhatə dairəsinə daxil ediləcək.
Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisini, Heydər Əliyev Mərkəzinin parkını, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarını, Qış və Zabitlər parklarını ziyarət edənlər "Pulsuz "wi-fi" xidmətindən yararlana bilərlər.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























