"Azərbaycanın ikinci telekommunikasiya peykinin ("Azerspace-2") 2018-ci ildə orbitə çıxarılması ilə bağlı işlər plan üzrə gedir". Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu peyk regionda şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbatı qarşılayaraq yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək: "Yeni peyk həm də birinci telekommunikasiya peykinin ("Azerspace-1") orbitdəki ehtiyatı olacaq. "Azerspace-1"-in özü də uğurla fəaliyyət göstərir və dünyanın 22 ölkəsində müştəri bazası var. Peykin tutumunun 75 faizi artıq kommersiyalaşdırılıb", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, kosmik sənayemizin vacib resurslarından biri də Yerin müşahidə peyki olan "Azersky"dır: "Hazırda "Azersky" peyki müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə geniş şəkildə tətbiq olunur. Sevindirici haldır ki, peyklərimiz tam olaraq yerli mütəxəssislər tərəfindən idarə olunur".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























